Bank Of Baku

Permdəki “Xromaya loşad” gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 155-ə çatıb

Permdəki “Xromaya loşad” gecə klubunda baş verən yanğın nəticəsində ölənlərin sayı 155-ə çatıb
# 05 yanvar 2010 16:18 (UTC +04:00)
Bakı – APA. Permdəki “Xromaya loşad” (“Axsaq at”) gecə klubunda baş verən yanğında xəsarət alan daha bir nəfər dünyasını dəyişib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, 1972-ci il təvəllüdlü Sergey Vaşenko yanvarın 4-də müalicə olunduğu Moskvadakı Vişnevski adına xəstəxanada vəfat edib. Bununla da, faciə qurbanlarının sayı 155 nəfər çatıb.

Qeyd edək ki, dekabrın 5-də gecə “Xromaya loşad” klubunda baş verən yanğın nəticəsində 110 nəfər ölüb, onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan daha bir neçəsi sonradan dünyasını dəyişib.

Hazırda 59 nəfər xəstəxanalarda müalicə olunur. Onların əksəriyyəti Moskva xəstəxanalarındadır. Yaralılar Moskvaya təyyarələrə aparılıb.

İstintaqın versiyasına görə, faciəylə nəticələnmiş yanğına qapalı yerdə atəşfəşanlıqdan istifadə səbəb olub. Atəşfəşanlıq zamanı klubun tavanı od tutub.

Baş vermiş hadisə ilə əlaqədar klubun rəhbərləri, pirotexniki şounun təşkilatçısı olan iş adamı və Permin baş yanğın müfəttişi həbs olunub.

Perm hökuməti insidentlə əlaqədar məsuliyyəti üzərindən atıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR