Bank Of Baku

Kemerovoda yaşayış evində partlayış baş verib, ölən və yaralananlar var

Kemerovoda yaşayış evində partlayış baş verib, ölən və yaralananlar var
# 05 yanvar 2010 16:44 (UTC +04:00)
APA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamaya görə, partlayış şəhərin Zavodsk rayonunda baş verib. Kərpicdən tikilmiş fərdi yaşayış evində qaz balonu partlayıb. Nəticədə beş nəfər, o cümlədən üç uşaq həlak olub. Daha üç nəfər (onlardan ikisi uşaqdır) yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. Kuzbass vilayətinin qubernatoru Aman Tuleyev araşdırmaya nəzarət edəcəyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR