Bank Of Baku

BMT Gürcüstanda seçkiləri müşahidə etməyəcəyini açıqlayıb

BMT Gürcüstanda seçkiləri müşahidə etməyəcəyini açıqlayıb
# 05 yanvar 2010 22:17 (UTC +04:00)
Bakı-APA. Bu ilin mayında Gürcüstandakı yerli orqanlara keçiriləcək seçkiləri gürcü müxalifətinin xahişlərinə baxmayaraq, BMT müşahidə etməyəcək. APA-nın xəbərinə görə, bunu BMT baş katibinin rəsmi təmsilçisi Martin Nesirki Nyu-Yorkdakı mənzil-qərargahında keçirdiyi brifinqində deyib.
Məlumata görə, bir çox müxalifət partiyalarının rəhbərləri BMT-nin Baş katibi Pan Ki Muna məktub yollayaraq seçkiləri izləmələrini xahiş ediblər.
“Seçkilərin keçirilməsində əməkdaşlıq üçün müraciət etmək ölkə hökumətinin işidir. Bütövlükdə isə BMT seçkilərdə müşahidəçi missiyasını həyata keçirmir, sadəcə, texniki
yardım göstərir», - deyə Baş katibin təmsilçisi bəyan edib.

Qeyd edək ki, Gürcüstanda yerli orqanlara seçkilər bu il mayın 30-a təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR