Bank Of Baku

Ukraynada prezident seçkilərinin təşkilinə 120 milyon dollardan çox pul xərclənəcək

Ukraynada prezident seçkilərinin təşkilinə 120 milyon dollardan çox pul xərclənəcək
# 06 yanvar 2010 06:59 (UTC +04:00)
Bakı – APA. Ukraynada prezident seçkilərinin təşkilinə dövlət büdcəsindən 969,6 milyon qrivna (120 milyon dollardan çox) vəsait sərf olunacaq. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Ukrayna Mərkəzi Seçki Komissiyası bu barədə qərar qəbul edib. Bu məbləğə MSK-nın öz xərcləri (22 milyon 646 min qrivna), dairə seçki komissiyalarının xərcləri (20 milyon 57 min qrivna) və ikinci tur üçün tələb olunan vəsait (458 milyon 800 min qrivna) daxildir.

Xatırladaq ki, prezident seçkilərinin ilk turu yanvarın 17-də keçiriləcək. İki həftə sonra isə 2-ci tur olacaq. İkinci tura baş nazir Yuliya Timoşenko ilə Regionlar Partiyasının lideri Viktor Yanukoviçin çıxacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR