Bank Of Baku

Mahaçqalada terror aktı nəticəsində ölən milislərin sayı 6-ya çatıb

Mahaçqalada terror aktı nəticəsində ölən milislərin sayı 6-ya çatıb
# 06 yanvar 2010 09:38 (UTC +04:00)
Bakı – APA. Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi İdarəsinin Yol-Patrul Xidməti batalyonunun bazasında baş verən terror aksiyası ilə bağlı cinayət işi qaldırılıb. APA-nın məlumatına görə, Rusiya Prokurorluğu yanında İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin hadisə barədə “RİA Novosti”yə açıqlama verib. O bildirib ki, saat 08.00 radələrində terrorçu-kamikadze “Niva” avtomobili ilə bazaya girməyə çalışıb. O, nəzarət-buraxılış məntəqəsində şlaqbaumla saxlanılıb. Bu zaman bazadan içində milis əməkdaşları olan UAZ avtomobili çıxıb. Terrorçu bazaya daxil ola bilməyəcəyini anlayaraq partlayıcı qurğunu işə salıb. Partlayış 50-60 kilo trotil gücündə olub. Nəticədə 6 milis həlak olub, 10-a yaxın milis isə yaralanıb. Hadisə yerinə Moskvadan təcrübəli kriminalistlər göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR