Bank Of Baku

Rusiya ilə Belarus arasında danışıqların dayandırılması barədə məlumat təkzib olunub - YENİLƏNİB

Rusiya ilə Belarus arasında danışıqların dayandırılması barədə məlumat təkzib olunub - <font color=red>YENİLƏNİB</font>
# 06 yanvar 2010 21:40 (UTC +04:00)
BAKI-APA. Belarus tərəfi bu ölkənin informasiya agentliyi “BelTA”nın Rusiya ilə neftin nəqlinə dair aparılan danışıqların dayandırılması barədə yaydığı məlumatı təkzib edib. APA xəbər verir ki, bu barədə “RİA-Novosti” Belarusun energetika nazirinin müavini Anatoliy Filonova istinadən məlumat yayıb. “Hazırda Belarusun nümayəndə heyəti Rusiya Energetika Nazirliyində danışıqları davam etdirir. Konstruktiv formada davam edən danışıqlarda tərəflər bir sıra məqamlarla bağlı yaxın mövqeyə gəliblər” – deyə, nazir müavini bildirib.
Rusiyanın energetika naziri Serqey Şmatko da danışıqların davam etdiyini və Rusiya neftinin Belarusa nəql olunması barədə razılaşmanın yaxın zamanlarda əldə olunacağını açıqlayıb. Oxşar açıqlama ilə Rusiya Energetika Nazirliyinin təmsilçisi İrina Esipova da çıxış edib.

***

Rusiya neft məhsularının daşınmasına dair Belarusla apardığı danışıqları dayandırıb. APA xəbər verir ki, bu barədə Belarusun dövlət informasiya agentliyi “BelTA” məlumat yayıb. Bununla da iki müttəfiq ölkə 2010-cu ilə neft daşınmalarına dair aralarında razılaşma əldə olunmadan qədəm qoyublar.
Bu vaxta qədər Rusiya öz neftini Belarus vasitəsilə Avropaya ötürürdü. Bununla yanaşı Rusiya Belarusun neft emalı zavodlarına da xam neftin çatdırılmasını təmin edirdi.
Ötən il Rusiya tərəfi razılaşma əldə olunmayacağı təqdirdə Belarusun gömrük rüsumunu 100% ödəyəcəyini bəyan etmişdi. Rəsmi Minsk isə güzəştli gömrük rejiminin tətbiq olunmasında maraqlı idi.
“Bu gün Belarusun nümayəndə heyəti Rusiyanın Energetika Nazirliyində danışıqlar aparıb. Ekspertlərin işi nəticəsində tərəflərin mövqeyində yaxınlaşma müşahidə olunub. Lakin Rusiya tərəfi gözlənilmədən danışıqları dayandırıb. Bu da danışıqların gedişatı barədə hökumətə məlumat verildikdən sonra baş verib” – deyə, “BelTA”-nın məlumatında qeyd olunur.
Belarus tərəfi rusiyalı həmkarlarının mövqeyini “müqavilədən yayınmaq” kimi dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR