Bank Of Baku

Yuşşenko Timoşenkoya uduzub

Yuşşenko Timoşenkoya uduzub
# 06 yanvar 2010 20:42 (UTC +04:00)
BAKI-APA. Ukrayna prezidenti Viktor Yuşşenko baş nazir Yuliya Timoşenkonun iddiası əsasında keçirilmiş məhkəmə prosesində məğlubiyyətə uğrayıb. APA-nın xəbərinə görə, bu barədə Ukraynanın UNİAN informasiya agentliyi Timoşenko blokunun deputatı Andrey Portnoya istinadən məlumat yayıb.
İddiaya səbəb prezident Yuşşenkonun baş nazirin Kiprdə törəmə kompaniyaya sahiblik etməsi barədə açıqlaması olmuşdu. “Baş nazir böyük bir kompaniyaya sahiblik edir, amma adına heç “Zaporojets” də yoxdur” – deyən prezident Yuşşenkonun bu açıqlamasını baş nazir Timoşenko işgüzar imicinin ləkələnməsinə yönəlik cəhd kimi qiymətləndirmişdi.
İddianı araşdıran Kiyev Adminstrativ Apellyasiya Məhkəməsi prezidentin açıqlamasını “qanundankənar” hesab edib və baş nazirin iddiasını təmin edib.
Xatırladaq ki, ötən prezident seçkisinə qədər müttəfiq olan Yuşşenko ilə Timoşenko bu il yanvarın 17-də keçiriləcək növbəti prezident seçkisinə ayrı-ayrılıqda qatılacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR