Bank Of Baku

İnquşetiyada daha bir partlayış törədilib

İnquşetiyada daha bir partlayış törədilib
# 06 yanvar 2010 23:06 (UTC +04:00)
BAKI-APA. İnquşetiyanın Qarabulaq şəhərində naməlum şəxslər tərəfindən yanacaqdoldurma məntəqəsi partladılıb. APA xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi İnquşetiyanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Partlayış nəticəsində ölən və yaralanan olmayıb.
“Hadisə ilə bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, naməlum şəxslər xüsusi partlayıcı maddədən istifadə ediblər” - deyə, İnquşetiya DİN-indən bildirilib.
Nazirlikdən o da bildirilib ki, partlayış nəticəsində yanacaqdoldurma mntəqəsindəki texniki avadanlıqlar sıradan çıxıb.
Xatırladaq ki, ötən gün Rusiya prezidenti Dmitri Medvedev Şimali Qafqazda baş vermiş terror aktlarından sonra ölkənin təhlükəsizlik və güc strukturlarına terrorçuluğa qarşı kəskin mübarizə aparılması ilə bağlı tapşırıq verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR