Bank Of Baku

Dağıstanda keçirilən xüsusi əməliyyat zamanı iki yaraqlı öldürülüb

Dağıstanda keçirilən xüsusi əməliyyat zamanı iki yaraqlı öldürülüb
# 07 yanvar 2010 09:27 (UTC +04:00)
Bakı - APA. Dağıstanın Korkmaskala kəndində keçirilən xüsusi əməliyyat zamanı iki yaraqlı öldürülüb. APA-nın “İnterfaxs”a istinadən verdiyi məlumata görə, Federal Təhlükəsizlik Xidmətinin (FTX) Dağıstan üzrə idarəsinin mətbuat xidmətindən bildirilib ki, atışmada FTX-nin iki xüsusi təyinatlısı yüngül yaralanıb.

Mətbuat xidmətinin nümayəndəsinin məlumatına görə, xüsusi əməliyyatın aktiv fazası artıq yekunlaşıb, istehkamçılar və operativ-istintaq briqadası hadisə yerinə baxış keçirir.

Qeyd edək ki, Mahaçqalanın 15 km-liyində yerləşən Korkmaskala kəndində yaraqlıların gizləndiyi evlərdən biri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yanvarın 6-da Moskva vaxtı ilə saat 21.20-də (Bakı vaxtı ilə 22.20) mühasirəyə alınıb. Silahlılar təslim olmaq tələbinə atəşlə cavab veriblər. Bundan sonra qonşu evlərin sakinləri evakuasiya olunub, yanvarın 7-də səhər yaralıların sığındığı evə hücum başlayıb.

İlkin məlumatlara görə, məhv edilmiş yaraqlılar federal və beynəlxalq axtarışda olan Maqomedali Vahabovun qrupuna daxildirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR