Bank Of Baku

Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin səlahiyyət müddəti başa çatıb

Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin səlahiyyət müddəti başa çatıb
# 08 yanvar 2010 13:45 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. Gürcüstan Seçki Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, bu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Levan Tarxnişvilinin səlahiyyət müddəti başa çatıb.

APA-nın Gürcüstandakı xüsusi müxbirinin məlumatına görə, MSK sədri Gürcüstan prezidentinin qeyri-hökumət təşkilatları ilə razılaşdırdığı 3 namizəd arasından komissiya tərəfindən seçiləcək. QHT təmsilçiləri artıq bu gün prezidentlə müvafiq məsləhətləşmələr keçiriblər.

Yeni qanunvericiliyə görə, MSK sədri postuna namizəd MSK sistemində fəaliyyət sertifikatına malik olmalıdır. MSK sədri müsabiqəsində iştirak etmək üçün prezidentə 20 müraciət daxil olub. MSK-nın üç üzvünün səlahiyyət müddətinin başa çatması ilə əlaqədar start verilən müsabiqə dekabrın 31-dən başlayıb.

“MSK bir boş yerə üç namizədi prezidentə təqdim edəcək. Prezident isə yanvarın 11-dən gec olmayaraq bir vakant yerə iki namizəd olmaqla parlamentə təqdimat göndərəcək” – deyə Gürcüstan prezidentinin mətbuat katibi Manana Mancqaladze bildirib.

Seçilmiş namizədlər parlament müxalifətinə təqdim olunacaq. MSK sədrini seçmək hüququ da məhz müxalifətə təqdim olunacaq. Sədrin seçilməsi üçün MSK-nın ən azı dörd üzvünün səsi lazımdır. MSK üzvləri sədr seçə bilməsələr, bu hüquq parlamentə keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR