Bank Of Baku

Tiflisdə çökən binanın dağıntıları altından çıxarılmış iki nəfər ölüb

Tiflisdə çökən binanın dağıntıları altından çıxarılmış iki nəfər ölüb
# 08 yanvar 2010 14:45 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın paytaxtı Tiflis şəhərində çökən binanın dağıntıları altından çıxarılan iki yaralı xəstəxanada dünyasını dəyişib. APA-nın Gürcüstan bürosunun hadisə yerində olan əməkdaşının məlumatına görə, çökən bina əhatəyə alınıb, əraziyə heç kim buraxılmır.

Dağıntılar altında qalan digər iki nəfərin taleyi isə hələlik məlum deyil. Ehtimala görə, onlar sağ deyillər.

Hazırda hadisə yerində xilasedicilər, polis və ekspert qrupu çalışır. Binanın hansı səbəbdən uçması hələlik məlum deyil. Şahidlərin məlumatlarına görə, binada təmir işləri aparılıb, dağıntılar altında qalan dörd nəfər də orada çalışan ustalar olub. Onların hamısının svan millətinə məxsus olduqları deyilir.

Ön tərəfdən bir hissəsi çökən 9 mərtəbəli bina Gürcüstanın Cəzaların İcrası və Hüquqi Yardım Nazirliyinə aiddir. Bu binada əvvəllər Gürcüstan Qvardiyasının qərargahı yerləşib.

Qeyd edək ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR