Bank Of Baku

Ermənistan müxalifəti etiraz aksiyası keçirib

Ermənistan müxalifəti etiraz aksiyası keçirib
# 08 yanvar 2010 16:30 (UTC +04:00)
Bakı – APA. Bu gün Ermənistan müxalifəti İrəvanda mitinq keçirib. APA-nın Ermənistan mətbuatına istinadən məlumatına görə, kütləvi aksiya Ermənistan Milli Konqresi (EMK) tərəfindən təşkil olunub.

Siyasi məhbus, “Aykakan Jamanak” qəzetinin baş redaktoru Nikol Paşinyana dəstək məqsədilə keçirilən mitinqdə “Nikol! Levon! Qələbə bizimdir” şüarları səsləndirilib.

Mitinqdə çıxış edən EMK lideri, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan 2008-ci ilin 1 mart hadisələrindən sonra aparılan repressiyalara baxmayaraq, xalqın mübarizə əzminin yüksək qalmasının demokratiya uğrunda mübarizədə ümidverici amil olduğunu vurğulayıb. O, növbəti mitinqin martın 1-də keçiriləcəyini bəyan edib.

Qeyd edək ki, hazırda həbsdə olan Nikol Paşinyanın namizədliyi bu yaxınlarda keçiriləcək təkrar parlament seçkilərində irəli sürülüb. Ermənistan Politoloqlar İttifaqının sədri Amayak Ovannisyan və Respublika Partiyası Siyasi Şurasının üzvü Suren Surenyans namizədliklərini məhbus jurnalistin xeyrinə geri götürüblər. Levon Ter-Petrosyan mitinqdə bu addıma görə onların hər ikisinə təşəkkürünü bildirib.

1500-2000 nəfərin iştirak etdiyi aksiya sonda yürüşlə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR