Bank Of Baku

Ermənistandan Avropa Məhkəməsinə göndərilən şikayətlərin sayı artır

Ermənistandan Avropa Məhkəməsinə göndərilən şikayətlərin sayı artır
# 08 yanvar 2010 16:38 (UTC +04:00)
Bakı - APA. Ermənistandan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) göndərilən şikayətlərin sayında artım müşahidə olunur. APA-nın məlumatına görə, artıq Ermənistanda hər 10 min vətəndaşa 0,33 şikayət ərizəsi düşür. Cənubi Qafqaz ölkələrindən Avropa Məhkəməsinə müraciət edənlər arasında isə gürcülər üstünlük təşkil edirlər. 2008-ci ilin avqustunda baş verən Rusiya-Gürcüstan müharibəsindən Avropa Məhkəməsinə göndərilən şikayət sayı hər 10 min nəfərə nisbətdə 0,37-dən 4,04-ə yüksəlib.

Ermənistan hökumətinə qarşı şikayətlərin 1500-ü Avropa Məhkəməsi tərəfindən icraata götürülüb. Baxılan 20 işdən yalnız 1-də dövlətin xeyrinə qərar çıxarılıb.

Qeyd edək ki, Rusiya və Şərqi Avropa ölkələrindən də AİHM-ə müraciət edənlərin sayı artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR