Bank Of Baku

Daxili Qoşunların leytenantı avtomatla özünü güllələyib

Daxili Qoşunların leytenantı avtomatla özünü güllələyib
# 09 yanvar 2010 07:45 (UTC +04:00)
Bakı – APA. Rusiya Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların leytenantı avtomatdan atəş açaraq özünü öldürüb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, rəsmi açıqlamada bildirilir ki, insident yanvarın 8-də, zabit telefonla həyat yoldaşı ilə dalaşdıqdan sonra baş verib. Telefonun dəstəyini yerə qoyan leytenant avtomatdan özünə atəş açaraq intihar edib.

Hadisə yerinə gələn həkimlər onu xilas edə bilməyiblər.

Məlumatda o da bildirilir ki, zabit Rusiya Federasiyası DİN DQ-nin Vedeno kəndindəki bölməsinə xidmətə 2009-cu ilin sonunda gəlib. Onun həyat yoldaşı həmin hərbi hissədə kargüzar işləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR