Bank Of Baku

Moskvada erməni öldürülüb

Moskvada erməni öldürülüb
# 09 yanvar 2010 08:45 (UTC +04:00)
Bakı - APA. Yanvarın 9-da gecə Moskvada qətl hadisəsi baş verib. APA-nın Rusiya KİV-inə verdiyi məlumatına görə, saat 00.50-də Şkulev küçəsi, 2 saylı evin həyətində «Daewoo Espero» avtomobilin salonunda həmin binada yaşayan, əslən Ermənistandan olan kişinin meyiti aşkarlanıb. Məhkəmə ekspertizasının rəyinə görə, ölümə çoxsaylı sınıq və 2 güllə yarası səbəb olub.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, həmin şəxs öz mənzilində olarkən tanışları ilə münaqişəyə girib, sonra dava-dalaş başlanıb və insident nəticəsində onun arvadı zərər çəkib. Məhrumun arvadının sözlərinə görə, dava küçə qapısının önündə davam edib, sonra baş verənlərdən isə onun xəbəri olmayıb.

Güman edilir ki, məhrum möhkəm döyüldükdən sonra öz avtomobilində güllələnib.

Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin axtarışına başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR