Bank Of Baku

Tiflisdə çökən binanın dağıntıları altından daha bir cəsəd çıxarılıb

Tiflisdə çökən binanın dağıntıları altından daha bir cəsəd çıxarılıb
# 09 yanvar 2010 21:27 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Yanvarın 8-də Tiflisdə çökmüş binanın dağıntıları arasından daha bir meyit çıxarılıb. APA-nın Gürcüstan bürosunun hadisə yerində olan əməkdaşının məlumatına görə, bu barədə jurnalistlərə Tiflis Fövqəladə Hallar Xidmətinin rəisi Temur Giorqadze bildirib. Onun sözlərinə görə, dağıntılar altında qalan daha bir nəfərin axtarışları davam edir. Binanın çökmə səbəbləri açıqlanmır. Hadisə yerində xilasedicilər, ekspertlər qrupu işləyir. Hadisənin səbəbinin müəyyənləşdirilməsi üçün səylər davam etdirilir. Jurnalistlər hələ də hadisə yerinə buraxılmırlar.

Qeyd edək ki, yanvarın 8-də Tiflis şəhərinin Ortacala ərazisində, şəhərlərarası avtobus vağzalının yanında yerləşən bina çöküb. Dağıntılar altında qalan 4 nəfərdən 2-si müxtəlif xəsarətlərlə uçqunun altından çıxarılsa da, onlar xəstəxanada keçiniblər.

Ön tərəfdən çökən 9 mərtəbəli bina Gürcüstanın Cəzaların İcrası və Hüquqi Yardım Nazirliyinə məxsusdur. Çökən binanın ətrafında yerləşdirilmiş reklamlardan məlum olur ki, nazirliyin vəsaiti ilə müasir standartlara uyğun yeni bina tikmək üçün hazırlıq işlərinə başlanıb. Binada yenidənqurma işlərini “Alizi” şirkətinin fəhlələri aparıb. Dağıntılar altında qalanlar da həmin fəhlələrdir.

Binada əvvəllər Gürcüstan Qvardiyasının qərargahı yerləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR