Bank Of Baku

Tiflisdə çökən binanın dağıntısı altından dördüncü cəsəd tapılıb

Tiflisdə çökən binanın dağıntısı altından dördüncü cəsəd tapılıb
# 10 yanvar 2010 17:06 (UTC +04:00)
Onun sözlərinə görə, indiyədək 3 nəfər dağıntılar arasından tapılıb. Bu, 4-cü cəsəddir.

Qeyd edək ki, Tiflisin Ortaçala ərazisindəki Quliya küçəsindəki bina qəflətən çöküb. Həmin gün dağıntılar arasında 4 nəfər fəhlə qalıb. T. Georqadzenin sözlərinə görə, həlak olan fəhlələr “Alizi” MMC tərəfindən muzdla tutulmuş fəhlələr olub.

APA-nın bu gün hadisə yerində olan əməkdaşının məlumatına görə, 4-cü cəsəd tapılanadək çökən binanın ərazisinə yenə də jurnalistlər buraxılmayıb. Bina əhatəyə alınıb. Hadisə yerində günortayadək xilasedici dəstələr, ekspertlər qrupu gərgin çalışıb. Hazırda bina nəzarət altındadır. Binada təmizləmə işləri dayandırılıb. Binada yenə də uçqun olması ehtimalı var.

Baş verən hadisə barədə Gürcüstan prokurorluğu tərəfindən cinayət işi qaldırılıb. İstintaq aparılır, Hadisə barədə məlumatı olan şəxslər dindirilib. Ekspertlər hadisə yerindən nümunə götürərək binanın çökmə səbəbini araşdırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR