Bank Of Baku

Con Makkeyn Gürcüstanın Milli Qəhrəmanı ordeninə layiq görülüb

Con Makkeyn Gürcüstanın Milli Qəhrəmanı ordeninə layiq görülüb
# 11 yanvar 2010 10:20 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. ABŞ prezidentliyinə keçmiş namizəd, senator Con Makkeyn Gürcüstanda səfərdədir.

APA-nın Gürcüstandakı xüsusi müxbirinin məlumatına görə, C.Makkeynin başçılıq etdiyi nümayəndə heyəti bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşüb.

Batumidə keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin səviyyəsi, beynəlxalq və regional məsələlər müzakirə edilib. Bundan başqa, M.Saakaşvili C.Makkeynə Gürcüstanın Milli Qəhrəmanı ordenini təqdim edib.

Hazırda C.Makkeyn Batumidə QHT təmsilçiləri ilə görüşür. Həmin görüşdə Vətəndaş İnteqrasiyası Fondunun prezidenti, əslən azərbaycanlı olan Zaur Xəlilov da iştirak edir.

Qeyd edək ki, bu, C.Makkeynin Gürcüstana dördüncü səfəridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR