Bank Of Baku

Gürcüstanda MSK sədrinin seçilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət uzadılır

Gürcüstanda MSK sədrinin seçilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət uzadılır
# 12 yanvar 2010 14:21 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. Gürcüstan prezidenti Mixail Saakaşvili Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin seçilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddəti uzatmağa çağırıb.

APA-nın Gürcüstandakı xüsusi müxbirinin məlumatına görə, M.Saakaşvili bu bəyanatı Batumidə qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşündə səsləndirib.

Qanunvericilikdə nəzərdə tutulan müddəti iki həftə uzatmağa çağıran Gürcüstan prezidenti prosesi süni şəkildə sürətləndirməyin əleyhinə olduğunu vurğulayıb.

Bu gün Gürcüstan parlamenti prezidentin təklifini müzakirəyə çıxarıb. Prezidentin mətbuat katibi Manana Mancqaladze MSK sədri postuna üç namizədin də parlamentə elə bu gün təqdim olunacağını bəyan edib.

Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Levan Tarxnişvilinin səlahiyyət müddəti Seçki Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən başa çatıb. Bundan sonra MSK sədri Gürcüstan prezidentinin qeyri-hökumət təşkilatları ilə razılaşdırdığı 3 namizəd arasından komissiya tərəfindən seçiləcək. MSK sədri postuna namizəd MSK sistemində fəaliyyət sertifikatına malik olmalıdır. MSK sədri müsabiqəsində iştirak etmək üçün prezidentə 20 müraciət daxil olub. MSK-nın üç üzvünün səlahiyyət müddətinin başa çatması ilə əlaqədar start verilən müsabiqə dekabrın 31-dən başlayıb.

Seçilmiş namizədlər parlament müxalifətinə təqdim olunacaq. MSK sədrini seçmək hüququ da məhz müxalifətə təqdim olunacaq. Sədrin seçilməsi üçün MSK-nın ən azı dörd üzvünün səsi lazımdır. MSK üzvləri sədr seçə bilməsələr, bu hüquq parlamentə keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR