Bank Of Baku

Qoridə Gürcüstan hökumətinin iclası keçirilib

Qoridə Gürcüstan hökumətinin iclası keçirilib
# 12 yanvar 2010 15:40 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın baş naziri Nika Gilauri Qoridə hökumətin səyyar iclasını keçirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, iclasda Şida Kartli bölgəsinin əsas problemləri müzakirə olunub.

Energetika naziri Aleksandr Xetaquri qeyd edib ki, işğal olunmuş ərazilərə yaxın yerlərdəki gürcü kəndlərində təxirə salmadan qazlaşdırma məsələsini həll etmək lazımdır.

Nika Gilaurinin sözlərinə görə, avqust müharibəsinin izləri olan kəndlərdə infrastrukturun və kənd yollarının təmirini tezliklə həyata keçirmək vacibdir.

Baş nazir bir neçə nazirliklərin təqdim etdiyi layihələri qəbul etməyib. O, qeyd edib ki, bu il bütün nazirliklər üçün xüsusi keyfiyyət kəsb etməlidir: “Hər bir məsələnin uğur qazanmasına görə birinci şəxslər, yəni nazirlər cavab verməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR