Bank Of Baku

Gürcüstan hökuməti məktəblərdə hərbi hazırlıq dərslərini bərpa edir

Gürcüstan hökuməti məktəblərdə hərbi hazırlıq dərslərini bərpa edir
# 13 yanvar 2010 15:48 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. Gürcüstan hökuməti bu ildən məktəblərdə Sovet hakimiyyəti illərində mövcud olan hərbi hazırlıq dərslərinin əvəzinə hərbi kurslar tətbiq etmək niyyətindədir.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Gürcüstan prezidenti Mixail Saakaşvilinin verdiyi və Müdafiə Nazirliyinin də təsdiq etdiyi bəyanatda deyilir ki, 1991-ci ildə Sovet hakimiyyəti dağıldıqdan sonra hərbi hazırlıq dərslərinin ləğv olunması düşünülməmiş bir addım idi.

Gürcüstanın müdafiə naziri Baço Axalaiya deyib ki, bu hərbi hazırlıq dərslərinin əvvəlcə yüksək siniflərdə keçirilməsi nəzərdə tutulur. O deyib ki, bu dərslər zamanı şagirdlər hərbi qüvvələrin strukturu haqqında məlumat alacaq, müxtəlif silahlardan istifadəyə və ümumiyyətlə hərbi biliklərə yiyələnəcəklər.

“Hərbi dərslərin keçirilməsi Gürcüstan gənclərinə ölkənin hərbi qüvvələrinin əhəmiyyətinin, məqsədinin vacibliyini göstərmək və vətəni hər an müdafiə etmək vəzifəsinin bütün vətəndaşların borcu olduğunu vurğulamaqdır.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR