Bank Of Baku

Vladimir Putin: “Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlamaq məqsədəuyğun deyil”

Vladimir Putin: “Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlamaq məqsədəuyğun deyil”
# 13 yanvar 2010 20:26 (UTC +04:00)
Moskva. Roman Ağayev – APA. Rusiya Cənubi Qafqaz regionunda qonşu ölkələr arasında münasibətlərin normallaşmasında hər kəsdən daha çox maraqlıdır. APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiyanın baş naziri Vladimir Putin Türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. O, Rusiyanı həm Azərbaycan, həm də Ermənistanla çoxlu sayda bağın birləşdirdiyini deyib: “Rusiyada milyonlarla azərbaycanlı və erməni yaşayır. Rusiyanın bu ölkələrlə iqtisadi münasibətləri inkişaf edir. Məsələn, biz Azərbaycan qazını almağa başlamışıq. Əlbəttə ki, biz keçmişdən miras qalmış bütün münaqişələrin nizamlanmasında maraqlıyıq”.

V. Putin Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlamağın həm taktiki, həm də strateji nöqteyi-nəzərdən məqsədəuyğun olmadığını xüsusi qeyd edib: “Rusiya bütün problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin və Türkiyə-Ermənistan münasibətlərinin nizamlanması prosesinin tezliklə nizamlanmasında maraqlıdır”.

V. Putin Rusiyanın bu məsələlərin həllinə yardım etməyə hər cür yardım edəcəyini də vurğulayıb: “Birinci məsələnin - Dağlıq Qarabağ probleminin həlli Azərbaycan və Ermənistandan, ikinci məsələnin həlli isə Türkiyə və Ermənistandan asılıdır. Biz tərəfdaşlarımızın mövqelərinə hər zaman hörmətlə yanaşmışıq, bundan sonra da belə olacaq. Rusiyanın rolu bu mürəkkəb problemlərin həllinə yönəlmiş istənilən müsbət cəhdləri dəstəkləməkdən ibarətdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR