Bank Of Baku

Kiyev Apellyasiya Məhkəməsi İosif Stalini məhkum edib

Kiyev Apellyasiya Məhkəməsi İosif Stalini məhkum edib
# 14 yanvar 2010 07:45 (UTC +04:00)
Bakı – APA. Kiyev Apellyasiya Məhkəməsi İosif Stalin başda olmaqla, 7 nəfərin 1932-1933-cü illərdə ukraynalıların soyqırımında günahkar olması barədə qərar qəbul edib. APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, müvafiq cinayət işi Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən qaldırılıb və təhqiqat aparılıb. İstintaq nəticəsində bolşevik-totalitar rejiminin başçıları Stalin, Molotov, Kaqanoviç, Postışev, eləcə də Ukrayna Kommunist Partiyasının rəhbərləri Kosior, Xatayeviç və Çubarın cinayəti sübuta yetirilib. Bu şəxslər ukraynalıların qismən məhv edilməsi üçün süni aclıq yaradıblar. Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun araşdırmaları göstərib ki, həmin vaxt Ukraynada aclıqdan 3 milyon 941 min adam ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR