Bank Of Baku

Abxaziyadan olan əsgər Gürcüstan hökumətindən siyasi sığınacaq istəyib

Abxaziyadan olan əsgər Gürcüstan hökumətindən siyasi sığınacaq istəyib
# 14 yanvar 2010 16:55 (UTC +04:00)
Tiflis-APA. Separatçı “Abxaziya Respublikası”nın hərbi birləşmələrinin üzvü Lekso Bjaniya qulluq etdiyi hərbi hissəni tərk edərək Gürcüstan Silahlı Qüvvələrinin nəzarətindəki ərazilərə keçib. APA-nın məlumatına görə, Gürcüstan hərbçilərinə təslim olan Bjaniya rəsmi Tiflisdən siyasi sığınacaq istəyib. O separatçı rejimə bağlı hərbi hissədə xidmət keçmək istəmədiyini, lazım gələrsə hərbi xidməti Gürcüstan ordusunda davam etdirməyə hazır olduğunu bildirib. Hərbçi həmçinin beynəlxalq qurumlardan ona siyasi sığınacaq verilməsi üçün yardım istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR