Bank Of Baku

Gürcüstan Haitiyə humanitar yardım göndərib

Gürcüstan Haitiyə humanitar yardım göndərib
# 15 yanvar 2010 07:15 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. Gürcüstanın Xarici İşlər və Səhiyyə nazirlikləri Haitidə zəlzələdən zərər çəkənlərə yardım məqsədilə ərzaq, tibbi vasitələr və ilkin yardım üçün zəruri olan əşyalar toplayıblar.

APA-nın Gürcüstandakı xüsusi müxbirinin məlumatına görə, öz növbəsində Gürcüstanın Daxili İşlər Nazirliyi axtarış-xilasetmə işlərində iştirak etmək üçün Haitiyə 20 xilasedici göndərib.

Çarter reysi bu gün səhər saat 5:00-da Tiflis beynəlxalq hava limanından havaya qalxıb və 12 saatdan sonra Haitidə olacaq. “Airzena” şirkəti tərəfindən yerinə yetirilən xüsusi reys zəlzələdən zərər çəkənlərə 40 ton humanitar yardım aparır. Təyyarədə Gürcüstan telekanallarının 20 jurnalist və operatoru da yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR