Bank Of Baku

Viktor Yuşşenko Yuliya Timoşenkoya qarşı çox ciddi korrupsiya ittihamları irəli sürüb

Viktor Yuşşenko Yuliya Timoşenkoya  qarşı çox ciddi korrupsiya ittihamları irəli sürüb
# 15 yanvar 2010 07:48 (UTC +04:00)
Bakı – APA. Ukrayna prezidenti Viktor Yuşşenko baş nazir Yuliya Timoşenkonu çox ağır korrupsiya əməllərində ittiham edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, V. Yuşşenko Kiyev vilayətinin Vışqorod şəhərində seçicilərlə görüşündə Y. Timoşenkonun offşor bank hesablarına pul köçürdüyünü açıqlayıb. O, vaxtilə indiki baş nazirə qarşı qaldırılmış cinayət işlərindən, onun tutulmasından və digər qanunsuz işlərindən danışıb: “İstintaq sübut edib ki, Yuliya Timoşenko dəfələrlə iri miqdarlarda rüşvət verib”. V. Yuşşenko deyib ki, Y. Timoşenko özünün “Yedinıye Enerqetiçeskiye Sistemı Ukrainı” şirkətinin fəaliyyətinə şərait yaradılması üçün o vaxtkı baş nazir Pavel Lazarenkoya da rüşvət verib. Nəticədə şirkət təbii qazdan 2 milyard 271 milyon 221 min dollar pul qazanıb. Bu vəsaitin 1 milyard dolları Sakit okeanda yerləşən və 11 min əhalisi olan Naunu adasındakı offşor banka köçürülüb. Men adasındakı offşor banka isə 401 milyon dollardan çox pul köçürülüb.

Dövlət başçısının sözlərinə görə, baş nazir Mərkəzi Seçki Komissiyasına verdiyi gəlir, əmlak və mülkiyyət deklarasiyasında göstərib ki, onun mənzili, torpaq sahəsi, bağ evi yoxdur: “Bizim baş nazir bomj imiş. O bildirib ki, sadəcə, Dnepropetrovskdə fəaliyyət göstərən bir kafesi var. Bu kafe guya Timoşenkonun ailəsini dolandırır, geyindirir”.

Belə olan təqdirdə niyə 2005-ci ildə Y. Tomoşenkonu baş nazir təyin etdiyinə dair suala isə V. Yuşşenko belə cavab verib: “Həyatda bircə dəfə səhv buraxmaq olmazmı?” Prezident əlavə edib ki, həmin vaxt Y. Timoşenkoya qarşı qaldırılmış cinayət işlərini qurama hesab edirdi, lakin sonradan əmin olub ki, bu məsələlərin ciddi kriminal tarixçəsi var.

Xatırladaq ki, yanvarın 17-də Ukraynada prezident seçkiləri keçiriləcək. Yuliya Timoşenko Viktor Yanukoviçlə birlikdə seçki kampaniyasının favoritidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR