Bank Of Baku

Haiti Gürcüstanın humanitar yük təyyarəsini qəbul etməkdən imtina edib

Haiti Gürcüstanın humanitar yük təyyarəsini qəbul etməkdən imtina edib
# 15 yanvar 2010 12:48 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. Haiti Gürcüstanın humanitar yüklə dolu təyyarəsini qəbul etməkdən imtina edib.

APA-nın Gürcüstandakı xüsusi müxbirinin məlumatına görə, Haiti tərəfi bildirib ki, texniki səbəblər üzündən bütün ölkələrdən təyyarə qəbulu müvəqqəti dayandırılıb.

Xatırladaq ki, Tiflis beynəlxalq hava limanından Haitiyə uçan təyyarə bu gün səhər saat 5-də havaya qalxmalı idi. Təyyarədə Gürcüstan telekanallarının 20 jurnalist və operatoru da yer almışdı.

Gürcüstanın Xarici İşlər və Səhiyyə nazirlikləri Haitidə zəlzələdən zərər çəkənlərə kömək məqsədilə ərzaq, tibbi vasitələr və ilkin yardım üçün zəruri olan əşyalar toplayıb. Öz növbəsində Gürcüstanın Daxili İşlər Nazirliyi axtarış-xilasetmə işlərində iştirak etmək üçün Haitiyə 20 xilasedici göndərmək istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR