Bank Of Baku

Zurab Xaratişvili Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri təyin olunub

Zurab Xaratişvili Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri təyin olunub
# 15 yanvar 2010 15:59 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan parlamenti maliyyəçi Zurab Xaratişvilinin Mərkəzi Seçki Komissiyasının sədri təyin edilməsinə qərar verib. APA-nın məlumatına görə, parlamentdə keçirilən səsvermə zamanı 98 deputat Xaratişvilinin lehinə səs verib. İlk turda Xaratişvili 36 səs, Konstitusiya Məhkəməsinin üzvü Otar Siçinava 19 səs toplayıb. Müxalifət MSK postuna namizədlərin heç birinin bu vəzifəyə layiq olmadığını iddia edərək səsverməyə qatılmayıb. Parlament bu gün həmçinin MSK-nın üç üzvünü də təyin edib. Qeyd edək ki, Gürcüstan MSK-nın 13 üzvü var. Yazda Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR