Bank Of Baku

Türkmənistanın neft və qaz naziri istefaya göndərilib

Türkmənistanın neft və qaz naziri istefaya göndərilib
# 16 yanvar 2010 09:05 (UTC +04:00)
Bakı – APA. Türkmənistanın neft-qaz sənayesi və mineral ehtiyatlar naziri Oraznur Nurmıradov istefaya göndərilib.

APA-nın məlumatına görə, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov naziri qeyri-qənaətbəxş fəaliyyətinə görə işdən uzaqlaşdırıb.

Neft-qaz sənayesi və mineral ehtiyatlar nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq keçmiş nazir müavini Bayramgəldi Nedirova tapşırılıb.

Hökumətin genişləndirilmiş iclasında çıxış edən prezident Qurbanqulu Berdımuhəmmədov 2009-cu ilin oktyabrında nazir təyin olunan Oraznur Nurmıradovun işinin öhdəsindən gələ bilmədiyini söyləsə də, ümumilikdə yanacaq-energetika kompleksinin fəaliyyətini müsbət qiymətləndirib.

Qeyd edək ki, əvvəlki neft və qaz naziri Annaqula Deryaev də qeyri-qənaətbəxş fəaliyyətinə görə işdən uzaqlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR