Bank Of Baku

Ukraynada prezident seçkiləri keçirilir

Ukraynada prezident seçkiləri keçirilir
# 17 yanvar 2010 11:08 (UTC +04:00)
Seçicilər Ukrayna prezidentini 18 namizədin arasından seçməlidirlər. Namizədlər arasında hazırkı prezident Viktor Yuşşenko, baş nazir Yuliya Timoşenko və Regionlar Partiyasının lideri, sabiq baş nazir Viktor Yanukoviç də var.

Hansısa namizədin ilk turda qalib gəlməsi üçün seçicilərin 50 faizdən çoxunun səsini toplaması lazımdır. Bu, baş verməsə, Ukrayna prezidenti ikinci turda seçiləcək. İkinci tur fevralın 7-nə təyin olunub.

Sosioloqlar ilk turda namizədlərdən Yuliya Timoşenko və Viktor Yanukoviçin şanslarını daha yüksək sayırlar. Viktor Yuşşenkonun yenidən prezident seçilmək şansları isə çox aşağı qiymətləndirilir.

Sosioloji sorğunun nəticələrinin səsvermədən az sonra açıqlanması gözlənilir.

Ukrayna MSK isə seçkinin rəsmi nəticələrini 10 gündən sonra – yanvarın 27-də açıqlamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR