Bank Of Baku

Ukraynada keçirilən prezident seçkilərində seçici fəallığı 66% təşkil edib

Ukraynada keçirilən prezident seçkilərində seçici fəallığı 66% təşkil edib
# 17 yanvar 2010 20:28 (UTC +04:00)
Bu, yerli vaxtla saat 20.00-a (Bakı vaxtı ilə saat 22.00) – seçki məntəqələri bağlanan vaxta olan rəqəmdir.

Seçkinin baş tutması üçün seçicilərin 50%-dən çoxunun səsvermə hüququndan istifadə etməsi tələb olunur. Bununla, seçkilər baş tutmuş elan edilib.

Qeyd edək ki, bir neçə şirkətin keçirdiyi “exit-poll”-un nəticələrinə görə, namizədlərdən heç biri prezident seçilə bilməyib. Belə ki, onlar seçicilərin tələb olunan 50%-dən çoxunun səsini toplamayıblar. MSK-nın elan edəcəyi rəsmi rəqəmlər “exitt-poll”-un nəticələri ilə üst-üstə düşsə, fevralın 7-də seçkilərin II turu keçiriləcək. Əlavə edək ki, “exit-poll”-un nəticələrinə görə, seçkilərdə Regionlar Partiyasının lideri, eks-baş nazir Viktor Yanukoviç birinci yeri tutub. Onun 30-36% səs topladığı bildirilir. İkinci yeri baş nazir Yuliya Timoşenko (25-28%), üçüncü yeri isə bankir Sergey Tiqipko (13-14%) tutub.

Hazırkı dövlət başçısı Viktor Yuşşenko 5-6%-lə məğlub olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR