Bank Of Baku

Ukraynada keçirilmiş prezident seçkilərində bülletenlərin 60%-dən çoxu sayılıb, Yanukoviç liderliyini davam etdirir - FOTOSESSİYA

Ukraynada keçirilmiş prezident seçkilərində bülletenlərin 60%-dən çoxu sayılıb, Yanukoviç liderliyini davam etdirir  - <font color=red>FOTOSESSİYA</font>
# 18 yanvar 2010 07:18 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası səsvermədə seçicilərin 66,72%-nin iştirak etdiyini, bülletenlərin 60%-dən çoxu sayıldıqdan sonra V. Yanukoviçin 36,38%, Yuliya Timoşenkonun isə 24,42% səs topladığını açıqlayıb. Üçüncü yeri 13,21% səslə Milli Bankın keçmiş sədri, sabiq iqtisadiyyat naziri Sergey Tiqipko tutub. Ali Radanın keçmiş sədri Arseni Yasenyuk 6,84%, mövcud prezident Viktor Yuşşenko 4,98%, Kommunist Partiyasının lideri Pyotr Simonenko 3,62%, Ali Radanın sədri Vladimir Litvin 2,37% səs alıblar.

Milli “exip-poll” isə öz hesablamalarına əsasən yekun nəticələri elan edib. “Exit-poll”da V. Yanukoviç 31,3%, Y. Timoşenko 27,1%, S. Tiqipko 13,4%, A. Yasenyuk 7,8%, V. Yuşşenko 6%, P. Simonenko 2,7%, V. Litvin 2,4% səs toplayıb.

MSK-nın sədri müavini Andrey Magera yekun rəsmi nəticələrin 1 sutka ərzində bəlli olacağını bildirib. O, seçici fəallığının ötən prezident seçkiləri ilə müqayisədə azaldığını deyib.

Əlavə edək ki, rəsmi nəticələr “exip-poll”-un nəticələri ilə üst-üstə düşsə, II tur keçiriləcək. II turun fevralın 7-də keçirilməsi nəzərdə tutulur.

Qeyd: Fotolar “Ukrainskaya pravda”ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR