Bank Of Baku

Viktor Yanukoviç: “Timoşenko ümidsiz vəziyyətdədir” - FOTO

Viktor Yanukoviç: “Timoşenko ümidsiz vəziyyətdədir” - <font color=red>FOTO</font>
# 18 yanvar 2010 07:52 (UTC +04:00)
Bakı – APA. Ukraynada keçirilən prezident seçkilərində birinci olan Regionlar Partiyasının (RP) lideri Viktor Yanukoviç bəyan edib ki, narıncı komanda seçkilərdə vətəndaşlardan layiqli qiymət alıb. APA-nın “Ukrainskaya pravda” xəbər portalına istinadən verdiyi məlumata görə, V. Yanukoviç seçkini referendum kimi qiymətləndirib: “Narıncı komanda hesab edirdi ki, seçkidən seçkiyə vəd vermək olar, onsuz da insanlar unudacaq. Lakin insanlar unutmadılar”.

V. Yanukoviç Y. Timoşenkonun brifinqini izlədiyini və onu ümidsiz vəziyyətdə gördüyünü deyib: “Bu, mənim üçün təəccüblü deyil. Mən yaxşı başa düşürəm ki, o, növbəti dəfə seçiciləri öz tərəfinə çəkə biləcəyini hesablayırdı. Lakin bunun baş verməsi üçün o, son 5 ildə narıncı komanda ilə birlikdə hansı səhvləri buraxdığını etiraf etməli idi”.

Bununla yanaşı, V. Yanukoviç narıncı komandanın irəli sürdüyü şüarların əleyhinə olmadığını bildirib: “Mən bundan sonrakı işimdə həmin şüarları yerinə yetirəcəyəm. Elə birlik modeli axtarmağa çalışacağam ki, hər insan öz yerini tapa bilsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR