Bank Of Baku

Yuliya Timoşenko: “Bu gündən etibarən demokratik qüvvələrlə bərabər hərəkət etməyə hazıram” - FOTO

Yuliya Timoşenko: “Bu gündən etibarən demokratik qüvvələrlə bərabər hərəkət etməyə hazıram” - <font color=red>FOTO</font>
# 18 yanvar 2010 08:09 (UTC +04:00)
Bakı – APA. Ukraynada keçirilən prezident seçkilərində Viktor Yanukoviçlə birlikdə ikinci tura çıxan baş nazir Yuliya Timoşenko səsvermədə üçüncü olmuş Sergey Tiqipkonun seçicilərinin onu dəstəkləyəcəyinə ümid edir. APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, Y. Tomoşenko bildirib ki, S. Tiqipkonun seçicilərinin başqa seçimi ola bilməz: “Tiqipko Yanukoviçin xoşuna gələ bilər və Tiqipko onun namizədliyini dəstəkləyə də bilər. Lakin mən bilirəm ki, Tiqipkoya səs vermiş insanların Yanukoviçdən xoşu gəlmir. Onlar Yanukoviçin prezident olmasına imkan verməzlər. Çünki onların intellektual səviyyəsi kifayət qədər yüksəkdir, Yanukoviçi seçmək isə mağara yüzilliyini seçmək deməkdir”.

Y. Timoşenko bəyan edib ki, demokratik qüvvələrin əsas vəzifəsi V. Yanukoviçin 2-ci turda öz faizini yüksəltməsinə yol verməməkdir: “Bu gündən etibarən mən demokratik qüvvələrlə bərabər hərəkət etmək üçün danışıqlar prosesinə açığam. Əhalinin 60%-dən çoxunu təmsil edən demokratik qüvvələrin vəzifəsi odur ki, ikinci turda Yanukoviç bircə səs də artıq almasın. Mən Tiqipko və Yasenyuka səs verənləri anlayıram – onlar dəyişiklik istəyir. Mən onların gözlədiyi dəyişikliyi vəd edirəm. Mən Yuşşenkoya səs verənləri də başa düşürəm - onlar istəyir ki, Ukrayna müstəqil, suveren Avropa dövlətinə çevrilsin. Elə bir dövlətə ki, geri qayıdış mümkün olmasın. Yuşşenkoya səs verənlərin hamısına deyirəm ki, mən də Ukraynanın bu yola inkişafını təmin edəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR