Bank Of Baku

Ukrayna prezident katibliyi: Viktor Yuşşenko çətin ki, Timoşenko və ya Yanukoviçə dəstək versin - FOTO

Ukrayna prezident katibliyi: Viktor Yuşşenko çətin ki, Timoşenko və ya Yanukoviçə dəstək versin - <font color=red>FOTO</font>
# 18 yanvar 2010 08:19 (UTC +04:00)
Bakı – APA. Prezident Viktor Yuşşenko ikinci turda çətin ki, Yuliya Timoşenko və ya Viktor Yanukoviçə dəstək versin. APA-nın “Ukrainskaya pravda”ya istinadən yaydığı məlumata görə, bunu prezident katibliyi rəhbərinin müavini İqor Popov deyib. O, dövlət başçısının açıq şəkildə iki namizəddən birinə dəstək verəcəyini düşünmədiyini söyləyib: “Onun ideyaları bu şəxslərin qurmaq istədiklərindən fərqlidir”.

Prezident katibliyinin rəhbəri Vera Ulyançenko isə seçkilərin pozulacağını istisna etmir. O, səsvermə günü məhkəmələrin maraqlı qərarlar verdiklərini vurğulayıb. Belə ki, bazar günü gecə Kiyev Apellyasiya Məhkəməsi evdə səs vermək qaydası haqqında xüsusi qərar qəbul edib. Qərara əsasən evdə yalnız həkimdən seçicinin seçki məntəqəsinə getməsinin qeyri-mümkünlüyü barədə arayış alaraq səs vermək olar. Məhkəmə həmçinin MSK-nın səsvermə günü siyahılara dəyişiklik edilməsinin mümkünlüyünə dair qərarını ləğv edib. Bundan başqa, məhkəmə səlahiyyətlərinə xitam verilmiş MSK üzvü Anatoli Pisarenkonu öz vəzifəsinə bərpa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR