Bank Of Baku

Sergey Tiqipko: “Seçicilərimə deyəcəyəm ki, ikinci turda özləri qərar qəbul etsinlər” - FOTO

Sergey Tiqipko: “Seçicilərimə deyəcəyəm ki, ikinci turda özləri qərar qəbul etsinlər” - <font color=red>FOTO</font>
# 18 yanvar 2010 08:31 (UTC +04:00)
Bakı – APA. Ukraynada keçirilən prezident seçkilərində üçüncü yeri tutmuş Sergey Tiqipko 2-ci turda nə Viktor Yanukoviç, nə də Yuliya Timoşenkoya dəstək verməyəcəyini bəyan edib. APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, S. Tiqipko deyib ki, ikinci tur ərəfəsində ona səs vermiş insanlara hörmət əsasında hərəkət edəcək: “Mənə səs vermiş insanlar Ukraynada dəyişikliklərə, müasirləşməyə səs veriblər. Bu gün mən nə Yanukoviçdən, nə də Timoşenkodan bu cür müasirləşmə barədə heç nə eşitmirəm. Ona görə də mənim tərəfindən hər hansı dəstək olmayacaq. Seçicilərimə deyəcəyəm ki, özləri qərar qəbul etsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR