Bank Of Baku

Edvard Nalbandyan: “Güzəştə getmək niyyətində deyilik”

Edvard Nalbandyan: “Güzəştə getmək niyyətində deyilik”
# 18 yanvar 2010 13:18 (UTC +04:00)
Bakı – APA. “Biz Ermənistan-Türkiyə münasibətləri və Qarabağ münaqişəsinin həllində güzəştə getmək niyyətində deyilik”. APA-nın xəbərinə görə, bunu “Azadlıq” radiosuna müsahibəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib. O, Ermənistan hakimiyyətinin bu cür güzəştlərlə beynəlxalq aləmdə öz legitimliyini təmin etməyə çalışdığına dair ittihamları rədd edib. Nazir Qarabağ problemi, o cümlədən Dağlıq Qarabağ ətrafındakı “təhlükəsizlik zonası” ilə bağlı köklü qərarların qəbulunun daxili siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxaracağına inanmadığını söyləyib: “Bu, o halda ola bilər ki, biz ölkənin maraqlarına ziddi qərarlar qəbul edək. Halbuki Ermənistan öz maraqlarına zidd və Qarabağ xalqını təhlükə altında qoyacaq güzəştlərə getmək fikrində deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR