Bank Of Baku

Ermənistanda müxalifətçi qəzetin baş redaktoru 7 il müddətinə azadlıqdan məhrum edilib

Ermənistanda müxalifətçi qəzetin baş redaktoru 7 il müddətinə azadlıqdan məhrum edilib
# 19 yanvar 2010 12:32 (UTC +04:00)
Bakı – APA. Ermənistanın tanınmış müxalifətçisi və jurnalisti, “Aykakan Jamanak” qəzetinin baş redaktoru Nikol Paşinyan 7 il müddətinə azadlıqdan məhrum edilib. APA-nın “Armenia today” portalına istinadən verdiyi məlumata görə, N. Paşinyan 2008-ci il martın 1-də kütləvi iğtişaşların təşkilində və hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərməkdə ittiham olunurdu. Erməni Ümummilli Hərəkatının nümayəndəsi Ovannes İgityan N. Paşinyanın məhkum edilməsini hakimiyyətin insanları siyasi motivlə təqib etməsinin davamı və qisas kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR