Bank Of Baku

Berezovski Ukraynanın növbəti prezidentinin adını açıqlayıb

Berezovski Ukraynanın növbəti prezidentinin adını açıqlayıb
# 19 yanvar 2010 17:23 (UTC +04:00)
Bakı-APA. Hazırda Böyük Britaniyada yaşayan rusiyalı biznesmen Boris Berezovski Ukrayna prezidenti seçkilərinin ikinci turunda vətəndaşların «çox pis və çox pis» arasında seçim etməli olacaqlarını bildirib. APA-nın məlumatına görə, o bu barədə Ukraynanın "Levıy bereq" qəzetinə müsahibəsində deyib.
"Buna baxmayaraq, şəxsən mən Timoşenkoya üstünlük verirəm. Məncə məhz o Ukrayna prezidenti olacaq", - deyə Berezovski qeyd edib. Lakin o, 5 il əvvəl Viktor Yuşşenkonun seçilməsi zamanı olduğu kimi «üçüncü turun» keçirilə biləcəyini də istisna etməyib.
Birinci turda hazırkı prezident Yuşşenkonun zəif nəticə göstərməsini Berezovski onun «verdiyi vədlərə əməl edə bilməməsi və xalqın gözləntilərini doğrultmaması ilə» izah edib.
Qeyd edək ki, Ukrayna prezidenti seçkilərinin birinci turunda Regionlar Partiyasının lideri seçicilərin təxminən 35%-nin səsini toplayaraq birinci olub. İkinci yeri tutan hazırkı baş nazir Yuliya Timoşenko ondan 10% az səs toplayıb. Hazırkı prezident Viktor Yuşşenko 5%-dək səs yığaraq beşinci yeri tutub.

Fevralın 7-də keçiriləcək seçkilərin ikinci turunda Yanukoviç və Timoşenko mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR