Bank Of Baku

Şimali Qafqaz federal dairəsi yaradılıb

Şimali Qafqaz federal dairəsi yaradılıb
# 19 yanvar 2010 17:58 (UTC +04:00)
Bakı-APA. Rusiya prezidenti Dmitri Medvedev yanvarın 19-da imzaladığı Fərmanla ölkə ərazisində daha bir subyekt - Şimali Qafqaz federal dairəsi yaradılıb.
APA-nın məlumatına görə, bu barədə prezident "Rossiya" telekanalının birbaşa efirində məlumat verib.
Yeni subyektin tərkibinə əvvəllər Cənub federal dairəsinin tərkibində olan Stavropol diyarı, Çeçen Respublikası, Dağıstan, İnquşetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz və Şimali Osetiya-Alaniya Respublikaları daxil olacaqlar. Federal dairənin inzibati mərkəzi isə Pyatiqorsk şəhəri olacaq.
Yeni federal dairədə prezidentin daimi nümayəndəsi vəzifəsinə Krasnoyarsk diyarının qubernatoru Aleksandr Xloponin təyin olunub. Qeyd edək ki, bundan sonra Xloponin həm də baş nazirin müavini vəzifəsini icra edəcək.
Medvedevin sözlərinə görə, yeni vəzifələrinin icrasına Xloponin yalnız «Hökumət haqqında» Federal qanuna müvafiq dəyişikliklər edildikdən sonra başlayacaq.
Xatırladaq ki, Medvedev Federal Məclisdəki 2009-cu ilin noyabrındakı çıxışında hökumətdə Şimali Qafqaz üzrə xüsusi nümayəndə vəzifəsinin təsis edilməsinin zəruri olduğunu qeyd edib.
Onun sözlərinə görə, Şimali Qafqazda əsas fəaliyyət istiqamətləri respublikalarda iqtisadi və sosial vəziyyətin sabitləşdirilməsi, habelə güc strukturları əməkdaşlarına dəstək verilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR