Bank Of Baku

Ukrayna MSK səslərin 100%-ni hesablayıb

Ukrayna MSK səslərin 100%-ni hesablayıb
# 19 yanvar 2010 20:40 (UTC +04:00)
Bakı-APA. Yanvarın 19-u gecə saatlarında Ukrayna Mərkəzi Seçki Komissiyası yanvarın 17-də keçirilmiş prezident seçkilərinin səsvermə protokollarının hesablanmasının başa çatdığı barədə məlumat verib.

APA-nın məlumatına görə, yekun nəticələrə əsasən 35,32% səs toplamış Viktor Yanukoviç və 25,05% səs yığmış Yuliya Timoşenko ikinci turda iştirak edəcəklər.

13,06% səs yığmış Milli Bankın keçmiş rəhbəri Sergey Tigipko üçüncü yerdədir. Dördüncü və beşinci yerləri Ali Radanın keçmiş spikeri Arseni Yatsenyuk (6,9%) və hazırkı prezident Viktor Yuşşenko (5,4%) tuturlar.

Kommunist Pyotr Simonenko 3,55% səs toplayaraq altıncı yeri tutub. Radanın spikeri Vladimir Litvin 2,35%, «Svoboda» Partiyasının lideri Oleq Tyaqnibok - 1,43%, deputat Anatoliy Qritsenko isə 1,2% səs toplayıblar.

İnna Boqoslovskaya - (0,4%), Oleq Moroz (0.38%), Yuri Kostenko (0,22%), Lüdmila Suprun (0,19%), Vasili Protivsex (0,16%), Aleksandr Pabat (0,14%), Sergey Ratuşnyak (0,12%), Mixail Brodski (0,06%) və Oleq Ryabokon (0,03%) bir faizdən də az səs yığıblar.

Seçicilərin 2,2%-i hamının əleyhinə səs veriblər. Seçkidə səsvermə hüququ olan vətəndaşların 66,76%-i iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR