Bank Of Baku

Ukraynada qripdən ölənlərin sayı 1000 nəfəri ötüb

Ukraynada qripdən ölənlərin sayı 1000 nəfəri ötüb
# 19 yanvar 2010 21:37 (UTC +04:00)
Bakı-APA. Ukraynada qrip və kəskin respirator virus infeksiyasından (KRVİ) ölənlərin sayı 1000 nəfəri ötüb.

APA-nın RİA Novosti-yə istinadən yaydığı məlumata görə, ölkənin səhiyyə nazirliyi çərşənbə axşamı günün sonuna olan məlumatları bəyan edib.

Məlumatda deyilir ki, KRVİ-dən 1005 nəfərin dünyasını dəyişib, təkcə son sutka ərzində 7 nəfər dünyasını dəyişib.

Ümumilikdə 2009-cu ilin oktyabrında qrip epidemiyasının başlanmasından sonra 4 milyon 324 min nəfər bu xəstəliyə düçar olub ki, onların da 49 min nəfəri son sutka ərzində virusa yoluxublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR