Bank Of Baku

Litva Seymi hökumətə SSRİ-nin 1991-ci ilin yanvarındakı təcavüzünə görə Rusiyadan kompensasiya tələb etməyi tapşırıb

Litva Seymi hökumətə SSRİ-nin 1991-ci ilin yanvarındakı təcavüzünə görə Rusiyadan kompensasiya tələb etməyi tapşırıb
# 19 yanvar 2010 22:52 (UTC +04:00)
Bakı-APA. Litva Seymi heç bir düzəliş etmədən ölkənin hökumətini SSRİ-nin hüquqi varisi olan Rusiyadan 1991-ci ilin yanvar ayında baş vermiş Vilnüs hadisələri zamanı həlak olmuş şəxslərin ailələrinə və yaralananlara kompensasiya verilməsinin tələb edilməsini nəzərdə tutan qətnamə layihəsini qəbul edib.

APA-nın məlumatına görə, 1991-ci il yanvarın 13-də həlak olmuşların ailələrinə və yaralananlara kompensasiya verilməsi ilə bağlı qətnamə layihəsinin lehinə 65 deputat səs verib.

Vətən İttifaqı – Litva Xristian Demokratları partiyasından olan millət vəkili Ritas Kupçinskasın təşəbbüskarı olduğu sənədə münasibətdə yalnız bir millət vəkili bitərəf qalıb.

Rusiya hökumətinə ünvanlanmış sənəddə kompensasiya məsələsinin həllinə başlamaq və bu məsələni faciəvi hadisələrin 20 illiyinin qeyd olunacağı 2011-ci ilin yanvar ayınadək tamamilə həll etmək təklifi irəli sürülüb.

Litva parlamentarilərinin fikrincə, kompensasiyaların ödənilməsi üçün əsas
«SSRİ Silahlı Qüvvələri tərəfindən Litva dövlətinə və onun əhalisinə qarşı 1991-ci il yanvarın 11-13-də törədilmiş təcavüzdür».

Qətnamənin mətnində həmçinin bildirilir ki, ölkə hakimiyyəti və ordunun hərəkətləri nəticəsində bir çox Litva vətəndaşları – silahsız azadlıq fədailəri həlak olublar.

Sənəddə o da qeyd olunur ki, "1991-ci il iyulun 29-da Rusiya Dövlətlərarası münasibətlərin əsasları barədə Müqaviləyə əsasən Litvanın müstəqilliyini 1990-cı il martın 11-dən tanıdığı üçün, 1991-ci il yanvarın 11-13-də baş vermiş təcavüz hər iki ölkə tərəfindən suveren Litva dövlətinə qarşı təcavüz kimi qiymətləndirilir".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR