Bank Of Baku

Türkiyə Rusiyaya quş əti ixrac edə bilər

Türkiyə Rusiyaya quş əti ixrac edə bilər
# 20 yanvar 2010 02:20 (UTC +04:00)
Bakı-APA. Rusiyanın baytar-sanitar tələblərinə və idxal olunan məhsulun təhlükəsizliyinə zəmanət veriləcəyi təqdirdə Türkiyə Rusiyaya quş əti ixrac edə bilər.

APA-nın agro.ru-ya istinadən yaydığı məlumata görə, belə bir açıqlama ilə Rusiya Federal baytar və fitosanitar nəzarəti Xidmətinin mətbuat katibi Aleksey Alekseyenko çıxış edib.

Xatırladaq ki, Türkiyə Rusiyada quş əti ixracına dair baytarlıq sertifikatının layihəsi ilə bağlı sorğu göndərib.

Türkiyə Rusiyaya quş əti ixracında maraqlıdır. O da qeyd olunur ki, ölkədə epizootik vəziyyət kifayət qədər əlverişlidir. Türkiyə Rusiyaya 500 min ton quş əti ixrac etməyə hazırdır ki, bu da ölkənin ümumi quş əti istehsalının təqribən 1/3-ni təşkil edir.

Türkiyə mənşəli quş ətinin keyfiyyətinə nəzarət sistemi çoxpilləli olacaq və təhlükəli məhsulların idxalını istisna edəcək.

Məlumatda o da qeyd olunur ki, bir müddət əvvəl Türkiyə Rusiyaya bitki mənşəli məhsullar ixrac edərkən Rusiyanın tələblərini yerinə yetirməyib.

Lakin aparılmış danışıqlardan və təftişlərdən sonra təhlükəsizliyi təmin edəcək sistem yaradılıb və Rusiyaya meyvə və tərəvəzin gətirilməsinə nəzarət edən xüsusi laboratoriyalar şəbəkəsi yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR