Bank Of Baku

Viktor Yuşşenko prezident seçkilərində məğlubiyyətinin səbəblərini açıqlayıb

Viktor Yuşşenko prezident seçkilərində məğlubiyyətinin səbəblərini açıqlayıb
# 20 yanvar 2010 12:40 (UTC +04:00)
Millətçi əhval-ruhiyyəli ziyalılarla görüşən Yuşşenko çəkdikləri zəhmət üçün onlara təşəkkür edib: “Biz millətin demokratiya, milli seçim və Avropaya inteqrasiya biliklərini artırması üçün əlimizdən gələni etdik”. Yuşşenko 7 fevralda keçiriləcək seçkilərdə kimi dəstəkləyəcəyi sualını cavablandırmayıb. O siyasətdən getmədiyini, buna mənəvi haqqı olmadığını bildirib. Yuşşenko yaxın vaxtlarda ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirib. Xatırladaq ki, Viktor Yuşşenko yanvarın 17-də keçiriləcək seçkilərdə 5,6 faiz səs toplayaraq 5-ci yeri tutub. Seçkilərin ikinci turunda prezident postu uğrunda Regionlar Partiyasının lideri Viktor Yanukoviçlə baş nazir Yuliya Timoşenko mübarizə aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR