Bank Of Baku

Moskvada nəqliyyat şirkətinin rəhbəri öldürülüb

Moskvada nəqliyyat şirkətinin rəhbəri öldürülüb
# 21 yanvar 2010 09:18 (UTC +04:00)
Moskva-APA. Moskvada yük daşımaları ilə məşğul olan nəqliyyat firmasının direktoru öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, naməlum şəxslər 40 yaşlı iş adamına yaşadığı evin qarşısında atəş açıblar. İş adamı baş, çiyin, qarın nahiyələri və hər iki ayağından güllə yarası alıb. O iki saat sonra aparıldığı xəstəxanada vəfat edib. Faktla bağlı qətl maddəsi üzrə cinayət işi başlanıb. Öldürülən iş adamının və onun rəhbərlik etdiyi firmanın adı açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR