Bank Of Baku

Viktor Yuşşenko yeni siyasi blok yaratmaq üçün fəaliyyətə başlayıb

Viktor Yuşşenko yeni siyasi blok yaratmaq üçün fəaliyyətə başlayıb
# 21 yanvar 2010 09:41 (UTC +04:00)
Bakı – APA. Kreslosunu təhvil verməyə hazırlaşan Ukrayna prezidenti Viktor Yuşşenko parlament seçkilərinə hesablanmış yeni siyasi blok yaratmaq üçün fəaliyyətə başlayıb. APA-nın “Kommersant-Ukraina” qəzetinə istinadən verdiyi məlumata görə, bloka “Bizim Ukrayna” Partiyası ilə birlikdə Ukrayna Millətçiləri Konqresi, Xristian Respublika Partiyası və bir neçə ictimai təşkilatın daxil olacağı dəqiqləşib və hazırda Ukrayna Xalq Partiyası ilə danışıqlar aparılır.

V. Yuşşenko yanvarın 20-də 2009-cu ilin sonunda yaradılmış “Ukrayna Xalq Radası” adlı ictimai təşkilatın nümayəndələri ilə görüş keçirib və onları öz yanında görmək istədiyini bildirib. O, yaxın vaxtlarda parlamentin buraxılacağına əminliyini ifadə edib. “Ukrayna Xalq Radası”nın təmsilçisi Nikolay Porovski deyib ki, görüşdə yeni yaradılacaq patriotik blokun strukturu müzakirə edilib: “Növbəti addım “Ukrayna Xalq Radası”nın tərkibində siyasi partiyalar şurasının yaradılması olacaq. Rada geniş ictimai təşkilat kimi fəaliyyət göstərməyə davam edəcək və onun nəzdində siyasi partiyaların konfederasiyası yaradılacaq. Seçkilərə milli-demokratik partiyaların bloku şəklində gedəcəyik. Bütün təşkilati məsələləri cümə günü keçirəcəyimiz qapalı toplantıda həll edəcəyik”.

Ukrayna Millətçiləri Konqresinin lideri Aleksey İvçenko da blokun yaradılması və fəaliyyətində aktiv iştirak edəcəklərini deyib. Onun fikrincə, Yuşşenkonun blokuna çoxlu sayda partiyanın daxil edilməsinə ehtiyac yoxdur: “Çünki əksər sağ qüvvələrin liderləri onu satıblar. Yaxın günlərdə Yuşşenkonun təmsilçiləri ilə məsləhətləşmələr aparılacaq”.

Ukrayna Xalq Partiyasının sədr müavini Boqdan Sokolovski də hər zaman öz ideologiyalarına yaxın siyasi qüvvələrlə birliyə tərəfdar olduqlarını söyləyərək yeni blokun yaradılmasında V. Yuşşenkonu tam dəstəklədiklərini bəyan edib. “Ukrayna uğrunda” Partiyasının da bloka qoşulacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR