Bank Of Baku

Çerkizov bazarından əşyayi-dəlil olaraq götürülən malların məhv edilməsinə başlanıb

Çerkizov bazarından əşyayi-dəlil olaraq götürülən malların məhv edilməsinə başlanıb
# 21 yanvar 2010 14:37 (UTC +04:00)
Moskva-APA. “Rosimuşestvo” birliyi Çerkizov bazarından əşyayi-dəlil olaraq götürülən malları məhv etməyə başlayıb. APA-nın məlumatına görə, malların məhv edilməsi məhkəmə qərarı ilə həyata keçirilir. Məhkəmə qərarına əsasən, əşyayi-dəlil kimi götürülən mallar ətraf mühit və insanların sağlamlığı üçün təhlükə törətdiyinə görə məhz edilməlidir. Məhv ediləcək malların ümumi çəkisi 100 min tondur. Əmlakın məhv edilməsi prosesinin ilin sonunda başa çatdırılacağı gözlənilir. Xatırladaq ki, azərbaycanlı iş adamı Telman İsmayılovun rəhbəri olduğu “AST” firmasına məxsus bu bazarın bağlanmasına ötən ilin yayında qərar verilib. Hazırda Çerkizov bazarı Moskva bazarlarının reyestrindən çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR