Bank Of Baku

Dərbənd sakinləri yeni mer seçkilərinin keçirilməsini tələb ediblər

Dərbənd sakinləri yeni mer seçkilərinin keçirilməsini tələb ediblər
# 22 yanvar 2010 03:26 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. Dərbənd şəhər sakinləri məhkəmənin qərarını əsas gətirərək yeni mer seçkilərinin keçirilməsi tələbi ilə mitinq keçiriblər. APA-nın “Rosbalt”a istinadən verdiyi məlumata görə, mitinqdə 2 minə yaxın insan iştirak edib.

Mitinqin təşəbbüskarı isə ötən seçkilərdə namizəd kimi çıxış edən İmam Yarəliyevin tərəfdarları olub. Mitinq iştirakçıları əvvəlcə Əfqanıstan qəhrəmanları parkında toplaşıblar.

Aksiyaçıların keçirilməsinə səbəb isə məhkəmənin yeni seçkilər keçirmək haqqında qərarının icra olunmamağı olub.

Mitinq zamanı iştirakçılar qətnamə qəbul ediblər. Bu qətnamədə onlar yeni mer seçkilərinin keçirilməsini və ötən seçkilərin təşkilində iştirak edən Respublika seçki komissiyasının sədri Maqomed Dibirovla bir çox polis işçilərinin həbsini tələb ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR