Bank Of Baku

Moldova-Ukrayna sərhədində atışma baş verib: bir sərhədçi ağır yaralanıb

Moldova-Ukrayna sərhədində atışma baş verib: bir sərhədçi ağır yaralanıb
# 22 yanvar 2010 03:50 (UTC +04:00)
Bakı-APA. Yanvarın 20-dən 21-nə keçən gecə Ukrayna-Moldova sərhədinin Kodım sahəsində atışma baş verib. APA-nın Ukrayna Dövlət Sərhəd Xidmətinin Kotov dəstəsindəki mənbəyə istinadən verdiyi məlumata görə, sərhədçilər Moldova vətəndaşları olduqları güman edilən bir qrup qaçaqmalçını saxlamaq istədikdə, sonuncular onlara ov tüfənglərindən atəş açıblar.

Atışma nəticəsində bir sərhədçi ağır yaralanıb. Hazırda o Kodım mərkəzi rayon xəstəxanasındadır. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR